Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və müasir Azərbaycan gəncliyi

22.06.2023

Cəlilabad rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Mirlətif Ağayev adına MMC Təbib tibb kursunun tələbələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kitabxananın əməkdaşı Zaur Hüsyenov çıxışında cəmiyyətimizdə Vətəninə, dövlətinə və xalqına bağlı gənclərin yetişdiyini və daim diqqət mərkəzində saxlandığını, bu məqsədlə ömrünü Azərbaycan xalqının firavan gələcəyinə həsr edən əbədiyaşar liderin zəngin irsinin gənc nəsil arasında təbliğinə xüsusi önəm verildiyini bildirib.

Yekunda tələbələr mövzu ilə bağlı fikirlərini ifadə ediblər.