Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Xalq şairi Nigar Rəfibəylinin 110 illik yubileyi qeyd olunub

22.06.2023

Masallı rayon Mərkəzi Kitabxanasında Xalq şairi Nigar Rəfibəylinin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Sonra çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva Nigar xanımın poetik dünyasının özünə məxsusluğundan, Nigar Rəfibəyli poeziyasının məziyyətlərindən danışıb.

Mövzu ilə bağlı məruzə edən kitabxananın digər əməkdaşı Həbibə Hüsyenova Nigar xanımın mənəvi dünyasından, onun oğlu yazıçı Anardan, nəvəsi Günel xanımdan bəhs edərək, Azərbaycan ədəbiyyatında Rəsul Rza və Nigar xanımın tutduğu mövqedən danışıb.