Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bəşəriyyətin düçar olduğu bəla

21.06.2023

Masallı rayon Mərkəzi Kitabxanasında “Bəşəriyyətin düçar olduğu bəla” adlı tədbir təşkil olunub.

Tədbirdə kitabxananın əməkdaşları Lətafət Əlirzayeva, Aygül Mirzəzadə, Ağahüsyen Hüseyni və Günay Xəlilova çıxış edərək ümummilli lider Heydər Əliyevin 1996-cı il avqustun 26-da imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” və Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 22-də imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamlarından irəli gələn vəzifələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Qeyd olunub ki, narkomaniyanın ictimai təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasında, onlarda ruh düşkünlüyünün, intellektual səviyyənin, ictimai fəallığın aşağı düşməsində, sosial əlaqələrin daralmasında və parçalanmasında başlıca rol oynayır. Bu isə insanın həm mənəvi, həm də cismən məhvi deməkdir.