Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Açıq dərs

19.06.2023

Masallı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Kompüter kurslarında “Açıq dərs” keçirilib.

İnteraktiv keçən dərs zamanı şagirdlər verilmiş tapşırıqları yerinə yetirib və İnformasiya Texnologiyaları sahəsində biliklərini inkişaf etdirərək, kompüterdə sərbəst işləyiblər.

Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva müasir dövrümüzdə kompüter savadının və peşə hazırlığı kurslarının təşkilinin vacibliyindən danışıb.

Dərsin sonunda kursu bitirən şagirdlər “Sertikat” və “Diplom”la təltif olunublar.

Qeyd edək ki, Masallı rayon Heydər Əliyev Mərkəzində dərslər həm qrup, həm də fərdi şəkildə keçirilir. Dərs müddəti ərzində tələbələr həm praktiki şəkildə keçirilənləri tətbiq edir, həm də gündəlik dərs proqramını mənimsəyir. Hər ayın sonunda yeni proqrama keçməmişdən öncə əvvəlki proqram təkrar olunur.