Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan teatrında Tofiq Kazımov fenomeni

19.06.2023

Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli rejissor, Xalq Artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə kitabxananın əməkdaşı Şəmsurə Nəsirova,Günay Xəlilova Tofiq Kazımovun həyat və yaradıcılığından söhbət açıblar.

Qeyd olunub ki, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranmasında, inkişaf etməsi və formalaşmasında görkəmli rejissor Tofiq Kazımovun böyük əməyi olmuşdur.

Tofiq Kazımovun quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür tərzinin, qlobal ictimai və siyasi proseslərin ritminin, insanların həyat tərzinin dinamikasının, düşüncə tərzinin itiliyinin müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssüm tapdığı söylənilib.