Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəkər bala” uşaq bağçasında ”Nağıl saatı”

16.06.2023

İyunun 16-da Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə "Şəkər bala" uşaq bağçasında uşaqlarda mütaliəyə marağı artırmaq, eləcə də uşaq ədəbiyyatını təbliğ etmək məqsədilə “Nağıl saatı” keçirilib.

Kitabxananın əməkdaşları Günəş Ağayeva və Arzu Hüseynova uşaqlar üçün bir-birindən maraqlı nağıllar oxuyub.

Sonra balacalar müxtəlif şeirlər, tapmacalar, atalar sözləri söyləyiblər.