Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda uşaqlar üçün “Nağıl saatı” keçirilib

16.06.2023

İyunun 16-da Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində uşaqları kitabxanaya cəlb etmək və onların mütaliəyə marağını artırmaq, eləcə də uşaq ədəbiyyatını təbliğ etmək məqsədilə “Nağıllar aləminə səyahət” başlığı altında “Nağıl saatı” keçirilib.

“Nağıl saatı”nda Masallı şəhər 3 saylı uşaq bağçası-körpələr evinin balaca fidanları iştirak edib.

Kitabxananın əməkdaşı Esmira Ağarzayeva uşaqlar üçün bir-birindən maraqlı nağıllar oxuyub.

Sonra balacalar müxtəlif şeirlər, tapmacalar, atalar sözləri söyləyiblər.