Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Qurtuluş Günü Masallıda möhtəşəm bayram konserti ilə yadda qalıb

15.06.2023

İyunun 15-də Masallı Rayon İcra Hakimiyyətinin və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Liderin adını daşıyan parkda bayram konserti keçirilib.

Tədbirdə Masallı rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Sakinlərin maraqla izlədiyi kondertdə tanınmış aparıcı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi Nərgiz Kərimova, Azərbaycan Respublikasının Əməkdar artisti Elnarə Abdullayeva, xareoqraf Mətin Ələkbərli və Gündüz Babayevin rəhbərlik etdiyi rəqs qrupları, həmçinin rayon mədəniyyət mərkəzinin solistləri iştirak edib.  

Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.