Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan tarixinin möhtəşəm anı

14.06.2023

İyunun 14-də Masallı rayon Mərkəzi Kitabxanasında Milli Qurtuluş günü ilə əlaqədar “Azərbaycan tarixinin möhtəşəm anı” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rasif Dadaşov bildirib ki, Azərbaycanın müasir tarixinin möhtəşəm anlarının yaşandığı 15 iyun Milli Qurtuluş Günü milli dövlətçiliyin müqəddaratını təyin etmək baxımından müstəsna əhəmiyyət daşıyır. Milli Qurtuluş Günü Azərbaycan dövlətini iflas olmaqdan, xalqı çarəsiz durumdan qurtaran tarixi hadisə kimi siyasi təqvimə qızıl hərflərlə yazılıb.

Sonra kitabxananın digər əməkdaşı Gülər Piriyeva Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı ömür yolu, bənzərsiz dövlətçilik fəaliyyəti haqqında məruzə ilə çıxış edib.