Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalqımızın taleyinin dəyişdiyi həmin tarix

14.06.2023

İyunun 14-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "15 iyun Milli Qurtuluş Günü" ilə əlaqədar "Xalqımızın taleyinin dəyişdiyi həmin tarix" adlı tədbir keçirilib.

Tədbirdə Köryədi kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək Milli Qurtuluş gününün tarixi, həmçinin Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə apardığı məqsədyönlü siyasət nəticəsində 1993-cü ildən etibarən Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib.

Sonra məktəbin müəlliməsi İfadə Ağayeva mövzu ilə bağlı fikirlərini ifadə edib və tədbirin təşkilatçılığına görə mərkəzin kollektivinə minnətdarlığını bildirib.

Yekunda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.