Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qurtuluşdan inkişafa

14.06.2023

İyunun 14-də Masallı Tarix -Diyarşünaslıq Muzeyində 15 iyun Milli Qurtuluş Gününə həsr olunan “Qurtuluşdan inkişafa” mövzusunda dəyirmi masa keçirilib.

Masallı Dövlət Rəsm Qalereyasının və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin  və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin direktoru Əntiqə Tağıyeva, qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov, muzeyin əməkdaşları Sevinc Əliyeva və Dilgüşə Məmmədova  çıxış edərək böyük risqlərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyevin öz  xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasından, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldıraraq inkişafın təməlini qoymasından, həmçinin yaddaşlara Milli Qurtuluş Günü kimi həkk olunan və 1997-ci ildən rəsmi bayram kimi qeyd edilən 15 iyun tarixinin xalqımızın həyatında yaratdığı inkişafdan söhbət açıblar.

Yekunda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoydular.