Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda 15 iyun-Milli Qurtuluş Günü münasibətilə rəsm sərgisi təşkil olunub

13.06.2023

İyunun 13-də Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Masallı regional “ASAN xidmət”  mərkəzinin dəstəyi ilə “Heydər Əliyev ili” çərçivəsində 15 iyun-Milli Qurtuluş Günu münasibətilə Masallı rəssamlarının əl işlərindən ibarət açıq sərgi təşkil olunub.

Masallı regional “ASAN xidmət” mərkəzinin qarşısında təşkil olunan sərgidə çıxış edən mərkəzin direktoru Vidadi Muxtarov sərginin məqsədi haqqında məlumat verib.

Sonra qalereyanın direktor əvəzi Təhmasib Məcidov şərgidəki rəsm əsərləri haqqında iştirakçıları məlumatlandırıb.

Qeyd edək ki, sərgini gün ərzində mərkəzni xidmətlərindən istifadə edən vətəndaşlar da ziyarət edib.