Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Qurtuluşdan başlanan yol

13.06.2023

İyunun 13-də Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən Qodman kənd kitabxana filialında 15 iyun-Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər. 

Filial müdiri Sevanə Mənsimova məruzə ilə çıxış edərək bildirib ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təchizatlar  bərpa olunub və inkişaf etdirilib. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb.

Sonda şagirdlər kitabxana ilə yaxından tanış olublar.