Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan və vətəndaş hüquqları

13.06.2023

İyunun 13-də Masallı rayon Heydər Əliyev Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan və vətəndaş hüquqları” mövzusunda tədbir keçirilib.

Tədbirdə mərkəzin, Qadın Resurs Mərkəzinin əməkdaşları və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak edib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub.

Sonra Masallı Qadın Resurs Mərkəzinin koordinatoru Nərgiz Muxtarova Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlərin ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisi olduğunu qeyd edib.

Tədbirdə Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova iştirakçılara mövzu haqqında ətraflı məlumat verib və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, iştirak etmək və s. kimi huquqlarından danışıb.

Tədbir diskussiya şəklində davam edib.