Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müasir Azərbaycan ədəbiyyatının klassiki İsa Muğanna

12.06.2023

İyunun 12-də Masallı rayon Mərkəzi Kitabxanasında Xalq yazıçısı İsa Muğannanın anadan olmasının 95 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlayan İsa Hüseynov bir çox məsul vəzifələrdə çalışaraq 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü seçilib. Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub.

Sonra kitabxananın digər əməkdaşı Şəmsurə Nəsirova məruzə ilə çıxış edib.