12.06.2023
İyunun 12-də Yardımlı rayon Mərkəzi Kitabxanasında “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.
Yardımlı şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə MKS-in şöbə müdirləri Eldəniz Heydərov, Vahid Kərimov, məktəbin müəllimi Səyyar Miriyev çıxış edərək mövzu haqqında ətraflı məlumat veriblər. Qeyd edilib ki, hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq kimi hüquqları var. Bu hüquqları bilmək və qorumaq hər bir insanın borcudur.
Sonda tədbir iştirakçılarının mövzu ətrafında fikirləri dinlənilib və sualları cavablandırılıb.