Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hüquqlarımızı bilməliyik

12.06.2023

İyunun 12-də Cəlilabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Hüquqlarımızı bilməliyik” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Cəlilabad rayon komitəsinin sədri Cəbrayıl Gözəlov, mədəniyyət mərkəzinin direktoru Ramil İbrahimov və mədəniyyət müəssisələrində çalışan əməkdaşlar iştirak edib.

Çıxışlar zamanı qeyd olunub ki, bu gün, həqiqətən də, hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verməkdədir. Bildirilib ki, vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına verilən ali dəyərin göstəricisidir. Bu baxımdan hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur.