Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan xalqının Milli Qurtuluş Günü

12.06.2023

İyunun 12-də Masallı rayon Mərkəzi Kitabxanasında YAP Masallı rayon təşkilatının və  Mərkəzi Kitabxana ərazi partiya təşkilatının “Tədbirlər Planı”na əsasən15 iyun Milli Qurtuluş Günühə həsr olunan keçirilib.

Partiya fəallarının iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor vəzifəsini icra edən Zamin Məmmədov ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin inkişafındakı rolundan danışaraq vurğulayıb ki, müstəqil respublikamızın son illər əldə etdiyi uğurlar birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad edib, 30 illik işğala son qoyulub, üçrəngli bayrağımız doğma Qarabağda, Şuşada ucaldılıb.

Sonra kitabxananın əməkdaşı Arzu Hüseynovanın “Azərbaycan xalqının Milli Qurtuluş Günü” movzusundakı məruzəsi dinlənilib.