Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ”Azərbaycan” jurnalının 100 illiyi qeyd edilib

10.06.2023

İyunun 10-da Masallı rayon Mərkəzi Kitabxanasında  “Azərbaycan” jurnalının 100 iliyi münasibətilə rayon yazarları ilə görüş keçirilib.

Tədbirdə  “Göy Qurşağı” ədəbi məclisinin üzvləri və kitabxana əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov, “Göy qurşağı” ədəbi məclisinin həmsədri AYB-nin üzvü, şair Xanəli Toliş belə tədbirlərin keçirilməsinin Azərbaycanda ədəbi mühitin formalaşmasındakı və ədəbi nəsillərin yetişməsindəki mühüm rolundan danışıblar.

Sonra yazıçı-publisist, AJB-nin üzvü Xodaşirin Cəbiyev, yazıçı Aliq Məmmədov, Nazim Qərib, şair Allahverdi Bayrami, Əlimərdan İbrahimov və Məmmədağa Dadaşov ,“Talisman” qəzatinin baş redaktoru Rafiq Məmməd, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva “Azərbaycan” jurnalının təsis olunduğu gündən ədəbiyyatın təbliğindəki, həmçinin istedadlı yazarların üzər çıxarılmasındakı əhəmiyyətindən bəhs ediblər.  

Yekunda ədəbi məclisin üzvləri Nazim Qərib, Qədiməli Eloğlu, Ədalət İsayev, Şirzad Ağayev və Bahadur Şıxlaroğlu öz yaradıcılıqlarının məhsulu olan hekayə və şeirlərdən parçalar səsləndiriblər.