Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan hüquq və azadlıqlarının milli və beynəlxalq səviyyədə müdafiəsi mexanizmləri

08.06.2023

İyunun 8-də Cəlilabad rayon Mərkəzi Kitabxanasının və Ombudsmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində kitabxanada  "İnsan hüquq və azadlıqlarının  milli və beynəlxalq səviyyədə müdafiəsi mexanizmləri" mövzusunda dəyirmi masa keçirilib.

Tədirdə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev, Ombudsmanın Cənub Regional Mərkəzinin Ziya İsmayılov və mədəniyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasını səciyyələndirən mühüm cəhətlərdən biri insan və vətəndaş hüquqlarının təsbit olunması və bu hüquqları tanımaq, müdafiə və təmin etməyin isə dövlətin əsas məqsədi olduğunun elan edilməsidir.

Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsinə uyğun olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın qəbulundan sonra ölkədə həyata keçirilən çoxşaxəli islahatlar da məhz insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təminatına yönəlib.

Sonra Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın adından iştirakçıları salamlayar onları 18 iyun-İnsan Hüquqları Günü münasibətilə təbrik edib. Natiq daha sonra çıxışında Azərbaycanda insan hüquqları sahəsində görülən işlərdən və aparılan islahatlardan bəhs edib.