Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda yazıçı-publisist Nurəddin Ədiloğlunun 65 illik yubileyi qeyd olunub

09.06.2023

İyunun 9-da Masallı rayon Heydər Əliyev Mərkəzində yazıçı-publisist Nurəddin Ədiloğlunun 65 illik yubileyi qeyd olunub.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı araz Əhmədov, rayon rəsmiləri, elm və mədəniyyət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Əvvəlcə Masallı şəhər Qəhrəmanlar parkında Şəhidlər abidə kompleksi və Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi ziyarət edilib.

Tədbir ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra yubiliyarın həyat və yaradıcılığından bəhs edən videoçarx izlənilib.

Nurəddin Ədiloğlunu vətənpərvər yazar, müasir oxucunu düşündürə bilən bacarıqlı söz sahibi kimi xarakterizə edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yubiliyarı təbrik edib, ona uzun ömür can sağlığı, yaradıcılığında yeni-yeni uğurlar arzulayıb. Natiq çıxışını Xalq şairi Məmməd Arazın “Vətən mükafatı” şeiri ilə yekunlaşdırıb.