Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkotiksiz sağlam gələcək naminə

08.06.2023

İyunun 8-də Masallı Tarix Diyarşünaslıq Muzeyinin, Masallı rayon Polis Şöbəsinin birgə təşkilatçılığı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Təhsil sektorunun dəstəyi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” nın icrası ilə əlaqədar olaraq E. Ağayev adına Hişkədərə kənd tam orta məktəbində “Narkotiksiz sağlam gələcək naminə” mövzusunda tədbir keçirilib.

Məktəbin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin direktoru Əntiqə Tağıyeva, Masallı Polis Şöbəsinin baş inspektoru kapitan Samid Əliyev, mətkəbin direktoru İlham Ağayev tədbirdə çıxış edərək gənc və yeniyetmələr arasında ciddi təhlükəyə çevrilən narkomaniya ilə mübarizə metodlarından ətraflı söhbət açıblar.

Yekunda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırlıb.