Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dövlətin ən ali məqsədi - İnsan hüquqları!

08.06.2023

İyunun 8-də Yardımlı rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Statistika İdarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə mərkəzdə “İnsah Hüquqları Aylığı” çərçivəsində "Dövlətin ən ali məqsədi - İnsan hüquqları!" adlı dəyirmi masa keçirilib.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Yardımlı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə, Statistika İdarəsinin əməkdaşı Ərtoğrul Əsbətli çıxış edərək Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkədə aparılan islahatlar nəticəsində ölüm hökmünün,  media üzərində senzuranın ləğvindən, Konstitusiyanın təxminən üçdə bir hissəsinin məhz insan hüquq və azadlıqlarına həsr olunmasından ətraflı şəkildə bəhs ediblər.

Çıxışlarda insan hüquları ilə bağlı “Tədbirlər Planı”nın, həmçinin Dövlət Proqramının təsdiq olunması, bu proqram əsasında 2002-ci ildə  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının yaradılması, 2007-ci ildən ildən isə hər il 18 iyun tarixinin "İnsan hüquqları" günü kimi qeyd olunması, eləcə də söz, fikir, din azadlıqları diqqətə çatdırılıb.