Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İcbari Tibbi Sığorta və Maarifləndirmə

06.06.2023

İyunun 6-da Cəlilabad rayon Mərkəzi Kitabxanasının və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad Regional filialının birgə təşkilatçılığı ilə kitabxanada "İcbari Tibbi Sığorta və Maarifləndirmə" mövzusunda tədbir keçirilib.

Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları və Mirlətif Ağayev adına MMC Təbib tibb kursunun tələbələri işitrak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad Regional filialının rəhbəri İlqar Qurbanov açaraq icbari tibbi sığorta haqları, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər barədə iştirakçılara ətraflı məlumat verib.

Sonra mövzu ilə bağlı tələblərin sualları cavablandırılıb.