Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir

07.06.2023

İyunun 7-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatıçılığı ilə İnsan hüquqları aylığı çərçivəsində mərkəzdə “Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir” mövzusunda tədbir keçirilib.

Çıxışlarda demokratik, hüquqi və dünyəvi dövlət anlayışlarından, əsas insan və vətəndaş hüquqları və azadlıqlarından, vətəndaşların əsas vəzifələrindən bəhs edilib və təhsil almaq hüququnun təfərrüatları diqqətə çatdırılıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən isə hər il iyunun 18-i respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur.