07.06.2023
İyunun 7-də Yeni Azərbaycan Partiyası(YAP) Masallı rayon təşkilatı, Masallı -Tarix Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 15 iyun- Milli Qurtuluş Günü ilə əlaqədar olaraq muzeydə “Xalqın və dövlətin qurtuluş günü” mövzusunda tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Masallı Rayon təşkilatının sədri Seyfəddin Əliyev qeyd edib ki, bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılıb və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Sonra Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva mövzu ilə bağlı geniş məruzə edib.
YAP Masallı Rayon təşkilatının qadınlarla iş üzrə kordinatoru Səbinə Səlimova, Bədəlan kənd tam orta məktəbin direktor müavini Məhbubə Şahbazova, Boradigah qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Nuridə Qasımova Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası, Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gün olduğunu qeyd edərək, 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyil, bu tarixin həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirən bir tarix gün olduğunu söyləyiblər.