Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məişət zorakılığına yox deyirik

06.06.2023

İyunun 6-da Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və V.A.Bəndəliyev adına Urakəran kənd orta məktəbinin birgə təşkilatçılığı ilə məktəbdə  "Məişət zorakılığına yox deyirik" adlı tədbir keçirilib

Tədbirdə çıxış edən Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə cəmiyyətin ən aktual problemlərindən olan məişət zorakılığının fəsadlarından, həmçinin insan hüquqlarının tam anlamı ilə pozulduğu, cəmiyyətin ən ağır bəlalarından olan bu halların qarşısının alınmasında dövlətimiz tərəfindən yürüdülən siyasətdən söz açıb.

Sonra məktəbin direktoru Şahin Salmanov mövzu ilə bağlı fikirlərini ifadə edib və belə maariləndirici tədbirlərin keçirilməsinə görə mərkəzin əməkdaşlarına minnətdarlığını bildirib.