Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sağlam gələcək naminə narkomaniyaya yox deyək

06.06.2023

İyunun 6-da Yardımlı şəhər 4 saylı orta məktəbində Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə ilə narkomaniya ilə mübarizəyə dair “Tədbirlər Planı”na müvafiq olaraq "Sağlam gələcək naminə narkomaniyaya yox deyək" adlı  maarifləndirici tədbir keçirilib.

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə bütün dünyanı ağuşuna alan, cəmiyyət üçün təhlükə mənbəyi hesab olunan narkomaniyanın yaratdığı fəsadlardan, gənclərin təhlükəli, zərərli vərdişdən uzaq olma yollarından, həmçinin bu bəlaya tutulmuş insanların həyata, cəmiyyətə yenidən qazandırılması üçün dövlətimiz tərəfindən həyata keçirilən işlərdən geniş bəhs edib. Z.Məmmədzadə həmçinin Azərbaycan Respublikasında gənclərimiz üçün yaradılan şəraiti,  onların həqiqi vətəndaş olmaları üçün yürüdülən siyasəti də xüsusi vurğulayıb.