Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alverinə biganə qalma !

06.06.2023

İyunun 6-da Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və M.F.Axundov adına şəhər 1 saylı orta məktəbin dəstəyi ilə məktəbdə "İnsan alverinə biganə qalma!" adlı tədbir keçirilib.

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə ümumbəşəri bəlaya çevrilən insan alverinin mahiyyəti, bu bəlaya kimlərin düçar ola biləcəyi haqqında geniş məlumat verib. Qeyd olunub ki, dünya dövlətləri içərisində insan alverinə qarşı mübarizədə Azərbaycan da ön sıralardadır.