Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan hüquqları barədə nə bilirsiniz?

06.06.2023

İyunun 6-da Masallı rayon Mərkəzi Kitabxanasında, kitabxananın, Ombudsmanın Cənub Regional Mərkəzinin və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları barədə nə bilirsiniz?” mövzusunda tədbir keçirilib.

 

Rayonda fəaliyyət göstərən dövlət qurumları əməkdaşlarının, mətbuat nümayəndələrinin, ziyalıların və orta məktəb şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə kitabxananın direktor vəzifəsini icra edən Zamin Məmmədov, Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, “Azad Azərbaycan” qəzetinin baş redaktoru, əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, Respublika Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar İctimai Birliyinin sədr müavini Yavər Yusubov, Masallı Ziyalıları İctimai Birliyinin sədri Qardaş Fətullayev, ilahiyyatçı Əliqulu Qardaşov insan hüquq və azadlıqları, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verərək, ölkəmizdə bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələrdən söz açıblar.

Çıxış edənlər 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında yer alan maddələrin üçdəbirinin insan hüquq və azadlıqlarına həsr edildiyini, ölkəmizdə bu sahədə mütərəqqi tədbirlərin həyata keçirildiyini vurğulayıblar. Həmçinin yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərimiz və insan hüquq və azadlarına hörmət ruhunda tərbiyə edilməsinin önəmi qeyd edilib.