Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şagirdlərin Masallı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası

05.06.2023

İyunun 5-də Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Tarix-Diyarşünaslıq Muzeyinin və Lənkəran-Astara RTİ-nin Masallı sektorunun birgə təşkilatçılığı ilə Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq uşaqların asudə vaxtının səmərəli təşkili , “Heydər Əliyev ili” çərçivəsində Heydər Əliyev irsinin öyrənilməsi, həmçinin “Zəfər tarixi” başlıqlı dərslərin keçirilməsi məqsədilə şagirdlərin muzeyə ekskursiyası təşkil olunub.

Ekskursiyada Dəlləkoba və Çayqıraq kənd ümumorta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Muzeyin və qalereyanın əməkdaşları şagirdləri regionun təbiəti, tarixi keçmişi, ənənələri, tanınmış şəxsiyyətləri, qəhrəmanları, Zəfər tarixi və rəngarəng tablolarda əks olunan rəsm əsərləri ilə tanış edərək, onlara geniş məlumat veriblər.