Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən uğrunda şəhid olmaq şərəfdir

05.06.2023

İyunun 5-də Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Səmid Əliyevin anadan olmasının 25 illiyi ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, dünyada ən uca məqam sayılan şəhidlik zirvəsinə qalxmaq hər bir insana qismət olmur. Vətən qeyrəti çəkən, dövlət və millət uğrunda həyatda ən şirin nemət olan öz canından keçməyə hazır olan şəxslər bu ali zirvəyə ucala bilir. Xalqımızın belə qəhrəman oğullarından biri də şəhid Səmid Əliyev olmuşdur.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzəsində Vətən müharibəsi şəhidi Səmid Əliyevin həyatı və şərəfli döyüş yolundan söhbət açıb.