19.11.2018
Noyabrın 19-da N.Gəncəvi adına Masalli rayon Mədəniyyət Mərkəzində respublikanın Əməkdar artisti Nizami Əbülfəz oğlu Mirzəyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. SSRİ və Azərbaycan Xalq artisti, Dövlət mükafatı laureatı, “Heydər Əliyev”, “Şöhrət”, “İstiqlal” ordenlərinə layiq görülmüş, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın rəhbərlik etdiyi Dövlət ansamblının müşayiət etdiyi tədbir öz mahiyyəti ilə Masallının mədəniyyət həyatında yaddaqalan olmuşdur.
Gecənin aparıcısı Flologiya elmləri doktoru, professor Fərahum Sadıqov Əməkdar artistin ömür yoluna nəzər salıb, sənət dünyasından danışdı. Bildirdi ki, Nizaminin bütün uğurları adı çəkilən ansamblla bağlıdır. 2002-ci ildə Heydər Əliyevin Fərmanı ilə respublikanın Əməkdar artisti fəxqri adını almışdır.
Veteran müəllim Məhbub Ağayev, yubilyarın qardaşları Zakir və Şakir Mirzəyevlər, respublikanın Əməkdar artisti Məzahir Cəlilov, uşaqlıq dostu Fəxrəddin Abbasov, müəllimi Şəfiqə Abdullayeva, respublikanın Xalq artistləri Zakir Məmmədov, Sadıq Zərbəliyev, Əməkdar artistlər Almaz Quliyev, Aydın Yəhyayev, Faiq Əlibalayev, Səlim Abbasov, ansamblın üzvü Kəmalə Azəri, yazıçı -publisist Nurəddin Ədiloğlu, rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev, MƏSQ veteranları Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev, “Masallı Ziyalıları” İctimai Birliyinin sədr müavini Əbülfəz Nuriyev, dostu Çingiz Həşimov yubilyarı təbrik etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova yublyarı Masallı RİH başçısı Rafil Hüseynovun adından təbrik etmiş, yaradıcılıq uğurları arzulamış, qiymətli hədiyyə təqdim etmişdir.
Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivi, solistləri və Zeynəb Xanlarovanın rəhbərlik etdiyi Dövlət ansamblının rəngarəng musiqi nömrələri gecəni daha da maraqlı etdi.
Tədbirdə ansamblın rəhbəri, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın təbrik məktubu oxundu.
Sonda Respublikanın Əməkdar artisti Nizami Mirzəyev çıxış edib ona göstərilən sayqılar üçün minnətdarlıq bildirdi, kitarada şən melodiyalar səsləndidi.