Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev irsinin öyrənilməsi

05.06.2023

İyunun 5-də Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, mərkəzi kitabxananın və Lənkəran-Astara RTİ-nin Masallı sektorunun birgə təşkilatçılığı ilə kitabxanada “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdə  Dəllkoba kənd orta məktəbinin V sinif şagirdləri iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyev dövlətçilik tariximizdə müstəsna xidmətləri olan dahi şəxsiyyətlərdən biri olmuşdur. Onun ölkə rəhbərliyinə gəlişi ilə vətəndaş müharibəsinin qarşısını alındı, sabitlik və əmin-amanlıq mühiti yarandı.

Sonra kitabxananın əməkdaşları məktəblilərə kitabxananın fəaliyyəti və fonddan istifadə qaydaları haqqında məlumat veriblər. Kitabxanada müxtəlif mövzularda təşkil olunmuş sərgilərlə tanışlıq şagirdlərin xüsusi marağına səbəb olub.

Yekunda məktəblilər kitabxana fonduna yeni daxil olan kitablara abunə yazılıblar.