Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Unudulmaz şair

05.06.2023

İyunun 5-də Masallı rayon Mərkəzi Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 115 illiyinə həsr olunan tədbir keçirilib.

Kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, şəhidlərin və şairin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kitabxananın direktor vəzifəsini icra edən Zamin Məmmədov tədbirdə çıxış edərək ölməz şairin həyat və yaradıcılığından, ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıb. O, bildirib ki, bu kimi tədbirlər Müşfiq yaradıcılığının təbliğində böyük rol oynayır və gənc şairlərə stimul verir.

Sonra çıxış edən kitabxana əməkdaşları Həbibə Hüseynova və Arzu Hüseynova qeyd ediblər ki, Mikayıl Müşfiqin yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.