Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hüquqları bilmək gələcəyimizin təminatıdır

03.06.2023

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər il qeyd olunan “18 may - 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində iyunun 3-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Hüquqları bilmək gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ərkivan qəsəbə 2, 4 saylı və Dəmirçi kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Çıxışlar zamanı qeyd olunub ki, bu gün, həqiqətən də, hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verməkdədir. Bildirilib ki, vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına verilən ali dəyərin göstəricisidir. Bu baxımdan hər birimiz insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur.

Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.