Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqlar dünyanın sevincidir

01.06.2023

İyunun 1-də Masallı rayon Mərkəzi Kitabxanasında 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirilib.

Tədbirdə Nəriman Nərimanov adına şəhər 2 saylı, İntiqam Əsgərli adına şəhər 3 saylı orta məktəblərin şagirdləri və şəhər 3 saylı uşq bağçası-körələr evinin balaca fidanları iştirak edib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov iştirakçıları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik edərək, uşaq hüquqlarının qorunması məqsədilə dünya miqyasında qeyd edilən bu əlamətdar günün təsis olunma tarixi və məqsədi barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanda dövlət səviyyəsində uşaqların sağlam və firavan yaşaması, ailə və cəmiyyətə faydalı vətəndaş kimi yetişməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Sonra şagirdlərin və balaca fidanların iştirakı ilə rəqslər ifa edilib, şeirlər səsləndirilib.

Yekunda uşaqlara hədiyyələr təqdim olunub.