Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər tarixi” mövzusunda tarix dərsi

02.06.2023

İyunun 2-də Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə muzeydə “Zəfər tarixi” mövzusunda tarix dərsi keçirilib.

Yardımlı rayon  M.İmanov adına Ostair kənd tam orta məktəbinin  şagird və müəllim kollektivinin iştirak etdiyi dərsdə ilk öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra muzeyin direktoru vəzifəsini icra edən İlqar Həsənov çıxış edərək 44 günlük Vətən müharibəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Daha sonra muzey əməkdaşı Aqil Əlizadə və məktəbin müəllimi Əşrəf Əsgərov da mövzu ilə bağlı fikirlərini ifadə ediblər.

Yekunda şagirdlər muzeyə ekskursiya edib və xatirə fotoları çəkdiriblər.