Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən qəhrəmanları ilə öyünür

02.06.2023

İyunun 2-də Masallı rayon Mərkəzi Kitabxanasında şəhid Əbdülrza Rəfibəylinin doğum gününə həsr olunan tədbir keçirilib. 

Kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lder Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra kitabxananın əməkdaşları Şəmsurə Nəsirova və Aidə Quliyeva şəhidin şərəfli döyüş yolundan bəhs ediblər. Qeyd olunub ki, 2020-ci ilin iyulunda Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatından sonra cəbhəyə könüllü getmək üçün müraciət edən Əbdülrza Rəfibəyli sentyabrın 21-dən hərbi təlimlərə qatılıb. Sentyabrın 27-dən başlayan Vətən müharibəsində Qubadlının, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşlərdə iştirak edən Əbdülrza Rəfibəyli oktyabrın 23-də Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə qəhramancasna həlak olaraq şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi 40 gün sonra tapılaraq dekabrın 4-də Bakının Keşlə qəsəbəsindəki "Şəhidlər Xiyabanı"nda dəfn olunub. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.