Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gələcəyimizi və həyatımızı korlaya bilən hallarla mübarizə

02.06.2023

İyunun 2-də B. Şiriyev adına Mollaoba kənd tam orta məktəbində “Gələcəyimizi və həyatımızı korlaya bilən hallarla mübarizə” mövzusunda tədbir keçirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və  Dini Qurumlar iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbənin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Sonra Muzeyin direktoru Əntiqə Tağıyeva , Dini Qurumlar iş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbənin müdiri Elvin Hüseynli, məktəbin direktoru Dilşad Məhərrəmova  cəmiyyətdə insanlığa ziyan verən bütün hallara qarşı mübarizə aparmaq, erkən nikahın fəsadları, informasiyanın və narkotik vasitələrin zərərli tərəfləri haqqında geniş məlumat verərək yeniyetmələrə müvafiq tövsiyələr veriblər.

Yekunda şagirdlərlə mövzu ətrafında sual-cavab formasında diskussiya aparılıb.