Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində 1 iyun-Uşaqların Beynəlxalq Mudafiəsi Gününə həsr olunan tədbir keçirilib

01.06.2023

İyunun 1-də  “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq Masallı rayon Heydər Əliyev Mərkəzində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib.

“Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirdə mədəniyyət nümayəndələri, rayon ümumtəhsil məktəblərində təhsil alan şagirdlər və valideynlər iştirk edib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva uşaqları əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyindən bəhs edən D. İbayeva Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqların problemlərinə böyük diqqətlə yanaşdıqlarını xüsusi vurğulayıb.

Sonra tədbirdə fəallıq göstərən balaca fidanlara diplomlar təqdim olunub. Həmçinin tədbirdə uşaqların əyləncəsinə rəng qatmaq üçün Masallı rayon Heydər Əliyev Mərkəzinin rəsm dərnəyinin müəllimi Lalə Nəzərova uşaqlara Face Art üslubunda ecazkar obrazlar yaradıb.

Tədbirin sonunda uşaqlar üçün Mərkəzin 3D kinozalında “Maşa və Ayı” cizgi filmi nümayiş olunub.

Qeyd edək ki, uşaqlar tərəfindən böyük maraqla qarşılanan tədbirin əsas məqsədi onların mənəvi aləmlərinin zənginləşməsi və asudə vaxtlarının səmərəli keçirilməsidir.