Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Həyatımızın bənövşələri

01.06.2023

İyunun 1 -də Masallı Tarix-Diyarşünaslıq Muzeyində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Həyatımızın bənövşələri” adlı tədbir keçirilib.

Masallı Dövlət Rəsm Qalereyasının və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İntiqam Əsgərli adına şəhər 3 saylı, Təzə Alvadı, Yeyənkənd, Dəmirçi kənd tam orta məktəblərinin şagirdləri iştirak edib.

Tədbirdə uşaqlar şeirlər səsləndirib, əyləncəli oyunlar oynayıb və rəqs ediblər. Yekunda şagirdlərə hədiyyələr təqdim edilib və onların muzey, həmçinin qalreyaya ekskusiyası təşkil olunub.