Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayon Uşaq İncəsənət Mətkəbində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib

01.06.2023

İyunun 1-də Cəlilabad rayon Uşaq İncəsənət məktəbində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə ümummill lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Azər Əhədzadə əlamətdar gün münasibətilə uşaqları təbrik edib.

Tədbir məktəbin müəllim və şagirdlərinin ifasında konsert proqramı ilə davam edib.