Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

31.05.2023

Mayın 31-də Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Masallı şəhər 1 saylı uşaq bağçası-körpələr evini ziyarət edib.

Ziyarət zamanı mədəniyyət nümayəndələri balaca fidanlara hədiyyələr təqdim edərək onlarla əyləncəli oyunlar oynayıb və rəqs ediblər.