31.05.2023
Mayın 31-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na müvafiq olaraq və "1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə əlaqədar "Ulu Öndər Heydər Əliyev və uşaqlar" adlı tədbir keçirilib.
Tədbirdə Yardımlı rayon Mirimli kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu Öndər Heydər Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğıdan, onların düzgün təlim-tərbiyə almaları üçün dövlət səviyyəsində yaradılan şəraitdən, eləcə də bu gün yürüdülən dövlət siyasətinin davamı olaraq "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”ın icrasından bəhs edib. Z.Məmmədzadə həmçinin mərkəzin fəaliyyət istiqamətləri barədə də iştirakçılara məlumat verib.
Yekun olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla, mərkəzdə tərtib olunan sərgilərlə və kitab fondunda olan kitablarla tanış olublar.