Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqlar bizim işıqlı sabahımızdır

31.05.2023

Mayın 31-də Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qəzvinoba kənd kitabxana filialının təşkilatçılığı ilə kənd orta məktəbində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Uşaqlar bizim işıqlı sabahımızdır” adlı tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan filial müdiri Xanım Qurbanova şagirdləri 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Qeyd olunub ki, uşaqlar dünyada hamı üçün əzizdir və dünyanın hər yerində uşaqlara qayğı, onların qorunması cəmiyyətin sağlam gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətin uşaq siyasəti ilə bağlı strategiyanın uğurla icrası və təbliği istiqamətində rəsmi təşkilatlarla bərabər, QHT və digər ictimai qurumların üzərinə də böyük vəzifələr düşür.

Sonra uşaqların ifasında şeirlər səsləndirilib.