31.05.2023
Mayın 31-də Masallı Tarix-Diyarşünaslıq Muzeyin təşəbbüsü ilə Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbində “Bölgəmizin boyalı qab mədəniyyəti” mövzusunda tarix dərsi keçirilib.
Məktəbin şagird və müəllim kollektivinin iştirak etdiyi dərsdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra muzeyin əməkdaşı Çingiz Qurbanov bölgənin orta əsr dövrünün mədəniyyətini özündə əks etdirən şirli qab nümunələri, onların hazırlanma texnologiyası və məişətdə istifadə prosesi haqqında danışıb. Həmçinin dərs zamanı muzey fondunda qorunan, təsadüfi tapıntılar nəticəsində rayonun müxtəlif əraziləridə aşkarlanan şirli qab və parçaları əyani nümayiş olunub.
Yekunda şagirdlərlə mövzu ətrafında sual-cavab şəkilində diskussiya aparılıb.