Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Heydər Əliyev və Azərbaycan tarixi” adlı tarix dərsi keçirilib

30.05.2023

Mayın 30-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində Yardımlı rayon Hamarkənd kənd orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə "Heydər Əliyev və Azərbaycan tarixi" adlı tarix dərsi keçirilib.

Dərsi giriş sözü ilə açan mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib və şagirdlərə mərkəzin fəaliyyəti haqqında məlumat verib.

Sonra məktəbin tarix müəllimi Asif Məmişzadə mövzu ilə bağlı mühazirə oxuyub.

Yekunda şagirdlər mərkəzdə mövcud olan eksponatlar və sərgilərlə tanış olublar.