Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Rənglərin harmoniyası” adlı rəsm sərgisi

27.05.2023

Mayın 27-də Masallı Regional Mədəniyyət İdarəsilə Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə əməkdaşlığı çərçivəsində Lənkəran şəhər Mədəniyyət Mərkəzində Masallı rəssamlarının rəsm sərgisi təşkil olunub.

“Heydər Əliyev ili” çərçivəsində keçirilən “Rənglərin harmoniyası” adlı rəsm sərgisində rəssamlar, ziyalılar və mədniyyət nümayəndələri iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib.

Sərgidə Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Xəzər İbrahimov, Masallı Dövlət Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov, Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin rəsm müəllimi Ehtiram Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının üzvü  Firudin Quliyev, qocaman rəssam Şöhrətdin Səbziyev çıxış edərək fikirlərini bildiriblər.

Sonra tədbir iştirakçıları Masallı sənətkarlarının əl işləri və rəssamların əsərlərindən ibarət sərgi ilə tanış olublar.