Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məktəblilər Masallıdan Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola düşüblər

14.11.2018

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” devizi ilə məktəblilərin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş onuncu tur-aksiya davam edir.
14 noyabr 2018-ci il tarixdə Masallı rayonunun məktəbliləri – IX-XI sinif şagirdləri və onları müşayiət edən qrup rəhbərləri Gəncə-Şəmkir-Göygöl marşrutu (14-17 noyabr) üzrə yola düşüblər.
Məktəblilər əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül dəstələri ulu öndərə ehtiram və dərin məhəbbətlərini bildiriblər.
Bayraq Meydanında təşkil olunmuş yolasalma mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı və aparatı, təhsil şöbəsinin məsul işçiləri, məktəblilər, onların valideynləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Sonradan Masallı məktəblilərinə bu marşrut üzrə yola düşəcək Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının məktəbliləri qoşulublar.
Yolasalma tədbirində çıxış edən "Dəfinə" məktəb-liseyinin şagirdi Mirsaleh Əliyev, Əməkdar müəllim, Mirqabil Hüseynov və başqaları maarifləndirici tur-aksiyanın əhəmiyyətini yüksək dəyərləndirərək möhtəşəm tur-aksiyanın təşkilinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq ediblər.
Tədbir Nizami Gəncəvi adına Masallı rayonl Mədəniyyət Mərkəzinin bədii-özfəaliyyət kollektivinin, Heydər Əliyev Mərkəzinin rəqs qrupunun iştirakı ilə keçirilən konsert proqramı ilə yekunlaşıb.
Məktəblilər rəqs edib, xatirə şəkilləri çəkdiriblər. 
Sonra Cənub bölgəsinin məktəbliləri onlarçün ayrılmış xüsusi avtobuslara əyləşərək ölkəmizin Qərb bölgəsinə yola salınıblar.